Keçid linkləri

2025, 07 İyul, Bazar ertəsi, Bakı vaxtı 23:15

Qahirədə İtaliya səfirliyi önündə partlayış


-

Misirin paytaxtı Qahirədə İtaliya konsulluğunun qarşısında partlayış olub, bir nəfər ölüb, azı beş nəfər yaralanıb.

Partlayışın baş vermə şəraiti araşdırılır. Təhlükəsizlik xidmətinin zabitlərindən biri deyib ki, partlayıcı qurğu yüklənmiş avtomobil partlayıb.

Başqa məlumatlara görə, naməlum şəxs körpü yaxınlığındakı avtomobilə qumbara atıb və onu partladıb. Hadisə baş verən vaxt konsulluq bağlı olub. Konsulluğun binasına böyük ziyan dəyib.

Partlayışa görə məsuliyyəti boynuna götürən olmayıb.

XS
SM
MD
LG