.
ATƏT Parlament Assambleyasının müşahidə missiyasının noyabr ayında Azərbaycanda keçiriləcək seçkilərdə iştirakı ilə bağlı müsbət qərar verilib.
Bunu APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Azay Quliyev deyib.
Azay Quliyevin sözlərinə görə, Azərbaycan tərəfdən göndərilmiş dəvət məktubuna qurumun sessiyası çərçivəsində baxılıb və müsbət cavab verilib.
ATƏT PA-nın prezidentinə noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərində qurumun müşahidə missiyasının iştirakı ilə bağlı dəvət məktubunu iyunun 18-də Milli Məclisin sədri Oqtay Əsədov yollamışdı.
ATƏT son illər Azərbaycanda keçirilən əksər seçkilərə müşahidəçi göndərib. Hər dəfə də yekun dəyərləndirilməsində seçkilərin demokratik normalara cavab vermədiyini bildirib.