Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:54

Putinin “qalabəyi mərəzi”


Jurnalist Alexander Golts yazır ki, Rusiya prezidenti ölkədə "mühasirəyə alınmış qala" əhval-ruhiyyəsi yaradıb.

-

“Düşmənin yaxınlaşdığını görən qala komandanı adətən nə edir?

O ərzaq anbarlamaq və döyüşçülərinə quyular qazdırmaqla mühasirəyə hazırlaşlır.

O həmçinin düşmən casuslarını və potensial qiyamçıları asdırır...”

“Yejednevnıy Jurnal” məcmuəsinin redaktor müavini Alexander Golts “Moscow Times” qəzetində dərc olunmuş məqaləsində Rusiya prezidenti Vladimir Putini belə bir qalabəyinə bənzədir.

Düşmənin yaxınlaşdığını görən qala komandanı adətən nə edir? O ərzaq anbarlamaq və döyüşçülərinə quyular qazdırmaqla mühasirəyə hazırlaşlır. O həmçinin düşmən casuslarını və potensial qiyamçıları asdırır...

“Ömürlük hakimiyyətdə qalmaq, narazı təbəələrindən qorunmaq istəyən lider nə edir? - yazır Golts, - O xalqı kəmərlərini bərkitməyə çağırmaq, onu müharibə iqtisadiyyatını qəbul etməyə sövq etmək, narazılar və tənqidçilərlə istədiyi kimi rəftar etmək üçün mühasirəyə alınmış qala əhval-ruhiyyəsi yaradır”.

Məqalədə deyilir ki, Kreml hazırda məhz belə bir yol tutub. Təhlükəsizlik Şurası Qərb sanksiyaları və onlara Rusiyanın mümkün cavablarına həsr olunmuş müşavirə keçirib.

Müəllif yazır ki, bu müşavirədə nə Putin, nə də şuranın rəhbəri Nikolai Patrushev Rusiyanın reaksiyaları arasında hərbi variantın adını səsləndirməyiblər. Söhbət iqtisadiyyatdan gedib. Vladimir Putin bildirib ki, Qərbin sansksiyaları hələ uzun müddət qalacaq, “çünki biz müstəqil daxili və xarici siyasət yürüdürük və süverenliyimizlə alver etməyəcəyik”.

“Aşkardır ki, Krımın ilhaqı bu süverenliyin bir hissəsidir” – yazır Golts.

Putin Rusiya deməkdir?

Nikolai Patrushev (solda) və Putinlə.
Nikolai Patrushev (solda) və Putinlə.

Əvəzində Patrushev öz çıxışında bildirib ki, Qərb sanksiyaları Rusiyanın hazırkı liderlərinin dəyişdirilməsinə hesablanıb.

Patrushev deyib ki, liderlər bu niyyətə qarşı çıxmaq üçün lazım olan bütün iqtisadi-siyasi addımlıarı atacaqlar. Başqa sözlərlə o, ölkənin süverenliyi ilə hazırkı liderlərin hakimiyyətdə qalmasını eyniləşdirib.

Putin isə deyib ki, hazırkı iqtisadi-siyasi risklər analiz edilməli, iqtisadiyyat milli təhlükəsizlik risklərinə uyğunlaşdırılmalıdır.

Rusiya prezidenti bildirib ki, bu məqsədlə monitorinq üçün regional situasiya mərkəzləri yaradılmalıdır.

Prezident vurğulayıb ki, bu mənada söhbət ilk növbədə sərhəd regionlarından gedir.

Moskva inqilabdan qorxur

Məqalədə deyilir ki, bu hadisələrlə eyni vaxtda Dövlət Duiması 2016-clı ilin prezident seçkisinin vaxtını dekabrdan sentyabra dəyişib.

Alexander Golts-un fikrincə bu, Kremlin narahatlığı ilə bağlıdır. Moskva Rusiya xalqının səbr kasasının daşacağından nigarandır. Belə bir şəraitdə isə seçkilərdə kütləvi saxtakarlığa yol vermək çətin olardı. Belə bir hərəkət mümkün narazılığı daha da artıra bilərdi.

Yeni düzəlişlər polisə kiçicik şübhə olmadan belə adamları və avtomobilləri yoxlamaq səlahiyyəti verir və bu zaman onları yol verə biləcəkləri qanun pozuntuları üçün məsuliyyətdən sığortalayır.

Üstəlik Dumada hər bir fraksiya “güc nazirliklərinin” səlahiyyətlərinin artırılmasına çağıran düzəlişlər təklif edib.

Məqalədə deyilir ki, bu düzəlişlər hüquq-mühafizə orqanlarına dövlət təsisatlarını qorumaq məqsədilə silahdan istifadə icazəsi verir. Yeni düzəlişlər polisə kiçicik şübhə olmadan belə adamları və avtomobilləri yoxlamaq səlahiyyəti verir və bu zaman onları yol verə biləcəkləri qanun pozuntuları üçün məsuliyyətdən sığortalayır.

Rusiya polis dövlətinə çevrilir

Golts-un fikrincə, bu dəyişikliklər Kremlin “rəngli inqilablar” vahiməsindən irəli gəlib. Müəllif güc nazirliklərinin yeni səlahiyyətlərdən öz şəxsi maraqları üçün istifadə edəcəklərinə əmindir.

“İndi polis və güc nazirlikləri hər hansı qanun pozuntusu və cinayəti zəruri vəzifə borcu kimi əsaslandıra bilər, - yazır Golts, - Bu dəyişikliklər əslində qanunun aliliyini ləğv edir və polisi cəmiyyətin hakiminə çevirir. Beləliklə, Rusiyanın özü də polis dövlətinə çevrilir”.

Deqradasiya yox, iflas

Məqalədə deyilir ki, hakimiyyət bütün bunlarlı heç inkar da etmir.

“İndi polis və güc nazirlikləri hər hansı qanun pozuntusu və cinayəti zəruri vəzifə borcu kimi əsaslandıra bilər. Bu dəyişikliklər əslində qanunun aliliyini ləğv edir və polisi cəmiyyətin hakiminə çevirir.

“Niyə də etsin? Axı Rusiya düşmənlərin mühasirəsində olan qaladır. Belə bir şəraitdə heç kəs Kremli sorğu-suala çəkməyə cəsarət etməz”.

Üstəlik Konstitusiya Məhkəməsi bəyan edib ki, indi Rusiya məhkəmələrinin müstəqilliyi beynəlxalq məhkəmələrdən daha yüksəkdir.

“Bunlar, bir həftədə baş verən hadisələr, Rusiyanın hüquqi sisteminin deqradasiyasını yox, tam iflasını göstərir” – deyilir məqalədə.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG