Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Baş nazirin xanımı Azərbaycan mətbəxini sevdi


-

Budapeştdə nəşr olunan populyar “Macar mətbəxi” jurnalı Azərbaycan mətbəxi haqqında xüsusi buraxılış hazırlayıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, xüsusi buraxılışda Azərbaycanın tarixi və coğrafi mövqeyi ilə bağlı qısa bilgi verilib, milli mətbəx nümunələrinin zənginliyi, süfrə mədəniyyəti, xalqın qonaqpərvərliyi və s. məsələlər ətraflı işıqlandırılıb.

Ölkənin gözəl təbiətinin mədəni zənginliyə, mətbəx nümunələrinin çeşidliliyinə təsiri buraxılışda xüsusi vurğulanıb.

Jurnalın redaktoru Macarıstan Baş nazirinin xanımı Aniko Levai-dir.

Bu məqsədlə xanım Levai mayın birinci ongünlüyündə Azərbaycanda səfərdə olub, Naxçıvan, Gəncə və Qəbələyə yollanıb, ölkə haqqında geniş və hərtərəfli məlumat əldə edib.

XS
SM
MD
LG