Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

MSK 12 partiyadan Ədliyyə Nazirliyinə şikayət etdi


Arxiv fotosu
Arxiv fotosu

.

MSK PARTİYALARIN MALİYYƏ HESABATINI YAYACAQ

APA-nın məlumatına görə, bu barədə MSK sədrinin müavini Natiq Məmmədov bildirib.

Maliyyə hesabatı təqdim etməyən partiyaların adını açıqlamayan Natiq Məmmədov Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 33-nün keçən ilin maliyyə hesabatını MSK-ya təqdim etdiyini, hazırda hesabatların araşdırıldığını qeyd edib:

“Təqdim edilən hesabatlarda müəyyən nöqsanlar var. Bu nöqsanların bir qismi MSK-ya maliyyə hesabatlarının siyasi partiyalar tərəfindən ilk dəfə təqdim olunması təcrübəsi, bir qismi partiyaların öz mövqeyi, bir qismi isə partiyaların fəaliyyətinin keyfiyyət xarakteri ilə bağlıdır.

Amma bunlara baxmayaraq, hesab edirəm ki, ictimaiyyət müəyyən edilən müddətdə MSK-nın saytında yaradılan xüsusi bölmədə yerləşdiriləcək siyasi partiyaların hesabatı ilə tanış ola biləcək”.

2014-cü il oktyabrın 1-də Milli Məclis “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edib. Əvvəllər siyasi partiyalar illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim ediblər.

Qanuna görə maliyyə yardımı ala bilib-bilməməsindən asılı olmayaraq dövlət qeydiyyatına alınan bütün partiyalar öz hesabatlarını MSK-ya təqdim etməlidirlər.

Dəyişikliyə əsasən siyasi partiyalar bu ildən başlayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidir.

Eyni zamanda MSK bu barədə məlumatları internet saytında yerləşdirilməli və ictimaiyyət məlumatlandırılmalıdır.

HESABATI OLMAYANLAR CƏZALANDIRILA BİLƏR

Ədliyyə Nazirliyinin maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların dövlət qeydiyyatını ləğv etmək səlahiyyəti var. Ancaq MSK-nın aprelin 7-də keçirilən iclasında MSK katibi Arifə Muxtarova qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni aprelin 1-dək dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan yalnız 22-inin illik maliyyə hesabatını MSK-ya təqdim etdiyini açıqlamışdı.

Məzahir Pənahov
Məzahir Pənahov

MSK sədri Məzahir Pənahov da MSK-nın aprelin 7-də keçirilən iclasında bildirmişdi ki, indiyə qədər siyasi partiyaların fəaliyyəti Ədliyyə Nazirliyitərəfindən dayandırılmayıb. O, vurğulamışdı ki, maliyyə hesabatı təqdim etməyən partiyalarla bağlı Ədliyyə Nazirliyinə müraciət etmək istəmirlər ki, onların fəaliyyəti dayandırılsın. Buna görə də MSK aprelin 1-dən sonra da siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə davam edib.

Azərbaycanda siyasi partiyalar 2013-cü ildən bu yana dövlət büdcəsindən maliyyə yardımı alırlar.

Qanuna görə son parlament seçkisində 3 faizlik məhdudiyyəti aşa bilən partiyalar bu maliyyə yardımından faydalana bilirlər. 2015-ci ilin dövlət büdcəsində siyasi partiyaların maliyyələşdirilməsinə 2.5 milyon manat ayrılıb.

Azərbaycanda əsas müxalifət partiyalarının çoxu parlamentdə mandat qazana bilmədiklərindən maliyyə yardımından da kənar qalıblar.

Amma qanuna görə maliyyə yardımı ala bilib-bilməməsindən asılı olmayaraq dövlət qeydiyyatına alınan bütün partiyalar öz hesabatlarını MSK-ya təqdim etməlidirlər.

XS
SM
MD
LG