Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 03:27

Gürcüstan NATO üzvləri ilə təlimlərə başlayır


Təlimlərin açılış mərasimi

-

Gürcüstan paytaxtı Tbilisi yaxınlığında hava bazasında NATO ölkələri ilə birgə hərbi təlimlər başlanıb.

Agile Spirit 2015 adlanan iki həftəlik təlimlər iyulun 8-də Vaziani bazasında start götürüb.

Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər Gürcüstanı NATO standartlarına yaxınlaşdırmaq üçün “əsaslı tədbirlər paketi”nin bir hissəsidir.

Təlimdə ABŞ-ın 220 dəniz piyadası, eləcə də Litva, Latviya, Rumıniya və Bolqarıstan hərbçiləri iştirak edir.

Gürcüstan Qərblə yaxından inteqrasiyaya diqqət ayırır.

Ölkənin NATO və Avropa Birliyinə birləşmək niyyəti qonşu Rusiyanı qəzəbləndirir. Rusiya alyansın keçmiş sovet respublikalarına doğru genişlənməsinə qarşı çıxır.

XS
SM
MD
LG