Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:11

“Günahdan azad Facebook” minlərlə insanı cəlb edir


Braziliyada bir qrup mömin xristian söyüşün və erotikanın qadağan olduğu social şəbəkə yaradıb.

Braziliyada bir qrup mömin xristian söyüşün və erotikanın qadağan olduğu social şəbəkə yaradıb.

Facegloria adlı yeni şəbəkə iddia edir ki, ötən ay yaradıldığı vaxtdan bəri artıq 100 min istifadəçi cəlb edə bilib.

Like əvəzinə Amin

Bu saytda istifadəsi qadağan olunmuş 600-dək söz var və “like” düyməsini “amin” düyməsi əvəz edir.

Müqayisə üçün bildirilir ki, 2013-cü ildə yaradılmış buna bənzər Ummaland müsəlman şəbəkəsi 329 min üzvə malikdir.

Şəbəkənin “şəxsi məlumatlar” mexanizmi qadınlar və İslami kəlamlar üçün genişləndirilib.

Qeybətə yer yoxdur

Şəbəkənin yaradıcıları Maruf Yusupov və Jamoliddin Daliyev iddia edirlər ki, onların sırf İslami dəyərlərə əsaslanan şəbəkəsində lağlağıya və qeybətə yer yoxdur.

Braziliyada yaradılmış xristian Facegloriaya gəlincə isə, o hələlik yalnız portəgiz dilindədir, lakin gələcəkdə başqa dillərdə olacaq variantların yaradılması nəzərdə tutulub.

Braziliya dünyanın ən böyük katolik əhalisinə malikdir.

Homoseksuallıq söhbəti qadağandır

Saytın dizayneri Atilla Barros deyir ki, Facebook-da zorakılıq və pornoqrafiyanıln geniş yayılması onları ayrıca xristian sosial şəbəkəsinin yaradılmasına sövq edib.

Homoseksuallığa dair materiallar da bu saytda qadağan edilib.

Saytın yaradıcıları bildirirlər ki, onlar Facegloria domenini bütövlükdə alıblar.

Onlar Facebook və Tvitteri özlərinə rəqib hesab edirlər.

Facegloria saytında müqəddəs İncildən kəlamları tapmaq mümkündür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG