Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:42

“Bizdə bacı-qardaşa da güzəşt yoxdur”


Cahangir Əliyev
Cahangir Əliyev

-

Neftçilərin Həmkarlar İttifaqının sədri Cahangir Əliyev nə qədər pul yığıldığını, xərcləndiyini ictimaiyyətə açıqlamağa lüzum görmür.

ABŞ Dövlət Departamentinin iyunun 25-də yaydığı «İnsan Haqları 2014» hesabatında Azərbaycanda işçi hüquqları, birləşmə azadlığı barədə yazır ki, ölkədə həmkarlar təşkilatı yaratmaq azadlığı olsa da, bu qurumlar işçilərin hüquqlarını qorumaqla bağlı gözədəyəsi tədbirlər həyata keçirmir, daha çox hökumətlə əməkdaşlıq edir.

Neftçilərin Həmkarlar İttifaqının sədri Cahangir Əliyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, təşkilata qoşulmaq könullüdür və arzu etməyəni sıralarında məcburən saxlamırlar:

- Kimsə həmkarlarla işləmək istəmirsə, ərizə yazıb çıxa bilər. Buna məcburiyyət yoxdur. Məndə elə fakt yoxdur ki, kimsə həmkarları tərk etmək istəsin, amma biz onu məcburən saxlayaq.

- Üzvlük haqları necə toplanır?

- Qanunvericiliklə əmək haqqının 1 faizi həmkarlar fonduna verilir. Məsələn, 500 manat maaş alan şəxsdən hər ay 5 manat tutulur.

- Adamlar könüllü ödəyir bu vəsaiti?

Hazırda bu işlə məşğuluq. İstirahət mərkəzləri ilə müqavilələr bağlamışıq və camaatı 2-3-5 günlük istirahətə göndəririk.

- Həmkarlara üzv olan şəxs bilir ki, hər maaşından filan qədər tutulub həmkarlara veriləcək. Əgər kimsə həmkarları tərk etmək istəyirsə, müraciət edir və onun maaşından həmkarlara üzvlük haqqı tutulması dayandırılır.

- Cahangir müəllim, işçilər ödədikləri üzvlük haqqının əvəzində hansı yardımı ala bilirlər?

- Əsas işimiz neftçilərin sosial-iqtisadi hüquqlarının qorunmasıdır. İşəgötürənlə həmkarlar arasında kollektiv müqavilə imzalanır. Kollektiv müqavilələr işçinin sosial həyatını, sığortasını və s. halları ehtiva edir. Ehtiyacı olan işçilər güzəştli qiymətlərlə istirahət mərkəzlərinə, sanatoriyalara göndərilir. Ailəsində ehtiyac yarandıqda işçiyə maddi yardım edirik.

- Həmkarlar qrant və ya ianə alırlarmı?

- Xeyr. Biz qrant almırıq. Büdcəmiz yalnız üzvlük haqqı ilə formalaşır.

- Deyirsiz ki, üzvlərinizin ehtiyacı olanda müalicə xərclərini ödəyrsiz. Üzvlük haqqıyla toplanan vəsait bu xərcləri qarşılaya bilirmi?

- Qarşılaya bilir. Həmkarlar İttifaqları Konfederasiyasından da ehtiyac olanda vəsait ayrılır. İşçi məbləğin cəmi 15 faizini ödəyir, qalan xərcləri isə biz qarşılayırıq.

- Bəs istirahət məsələsini necə yoluna qoyursuz?

- Hazırda bu işlə məşğuluq. İstirahət mərkəzləri ilə müqavilələr bağlamışıq və camaatı 2-3-5 günlük istirahətə göndəririk. Bu xərclərin də müəyyən qismini biz, müəyyən qismini işçilər özləri ödəyəcəklər.

- Azərbaycandadırmı istirahət mərkəzləri?

- Bəli, Azərbaycandakı istirahət mərkəzləri ilə müqavilə bağlayırıq.

- Cahangir müəllim, bəzən belə şikayətlər eşidirik ki, kimlərsə həmkarların üzvü olmaya-olmaya, ümumiyyətlə, bu sistemə dəxli olmaya-olmaya “putyovka” əldə edir və sanatoriyada müalicəyə gedir, ancaq həmkarlara üzv şəxslər bu imkandan məhrum qalırlar…

“BACI-QARDAŞA DA GÜZƏŞT YOXDUR”

Şəffaflıq deyəndə nəyi nəzərdə tuturlar bilmirəm. Qurultayda hesabat veririk ki, nə qədər vəsait yığılıb və nəyə xərclənib.

- Şəxsən bizim təşkilatda belə hal yoxdur. İşçi, yaxud ailə üzvü "putyovka" ilə harasa gedəndə bizdən soruşulur və biz təsdiqləyirik bizim işçidir, ya yox. Bunun heç onun bacı-qardaşına da aidiyyəti yoxdir, yalnız özü, həyat yoldaşı və uşaqlarına "putyovka" verilə bilər.

- Cahangir müəllim, necə bilirsiz, həmkarlar ittifaqları Azərbaycanda işçinin sosial həyatına təsir edə bilirmi?

- Fikrimcə, edir. Təbii ki bizim istəklərimiz daha çoxdur. Bizə olunan müraciətləri cavabsız buraxmamağa çalışırıq. Bəzən bizdən narazı qalanlar da olur, bu da təbiidir. Bəzən bizdən istənilən şey imkanımız xaricində olur. Həmkarlar təşkilatı olan müəssisələrdə əmək şəraiti daha stabil, daha yaxşı olur. Amma yenə deyirəm, elə hallar olur ki, biz üzvlərimizi razı sala bilmirik.

- Konkret hansı məsələlərdə razı sala bilmirsiz?

- Deyək ki, son aylar işçilərin sayının azaldılması prosesi gedir. Məsələn, "Bahar" enerji şirkəti var, orda işçilərin ixtisarı ilə bağlı çətinliklər var.

- Nə qədər üzvünüz var?

- 70-72 min arası üzvümüz var.

ŞƏFFAFLIQ KİMİN UÇÜNDÜR?

- ABŞ Dövlət Departamentinin hesabatında belə bir məsələ də qoyulub ki, üzvlük haqları ilə bağlı vəsaitin xərclənməsi şəffaf deyil.

- Şəffaflıq deyəndə nəyi nəzərdə tuturlar bilmirəm. Qurultayda hesabat veririk ki, nə qədər vəsait yığılıb və nəyə xərclənib.

- Bəs hesabatı hara yerləşdirirsiz?

- Dedim, yalnız qurultayda, iclaslarda veririk.

- Bu hesabatlar ictimaiyyətə açıqdırmı?

- Bilirsiz, qanuna görə, həmkarların məlumatı ictimaiyyətə açıqlanmamalıdır. Heç müəssisə rəhbəri də bilmir ki, həmkarlar nə qədər toplayır, nə qədər xərcləyir.

- Bəs əgər bir üzvünüz sizə müraciət edib xərcləmə ilə bağlı hesabat istəyərsə, ona təqdim edirsizmi?

- Bütün xərclərlə bağlı hesabat verməli deyilik ki. Əgər üzvümüzü konkret məsələ, konkret xərc maraqlandırarsa, o zaman bu məlumatı ona açıqlaya bilərik.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG