Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:08

Britaniyalı rəssamdan “Sovetski” sərgisi


İyulun 9-da YARAT Müasir İncəsənət Məkanında britaniyalı rəssam TERRIBLEm86-nın (Den Merrabl) Bakının “Sovetski” küçəsinə həsr etdyi sərgisi keçiriləcək.

Sərgidə rəssamın taxta blokların istifadəsi ilə quraşdırılmış əsərləri nümayiş olunacaq.

YARAT.az saytının yaydığı xəbərə görə, rəssam deyib ki, “yaratdığım əsərlər "Sovetski"nin hazırkı vəziyyətinin birbaşa vizual surətidir. Əsərlərdə istifadə olunan əsas maddələr yenidənqurma işləri aparılan yaşayış binalarının ətrafından toplanmış lazımsız taxta, divar kağızı, kafel və digər materiallardır.

Layihənin əsasında "gözəllik hər şeyə rəğmən hər yerdə qalmaqdadır" ideyası durur.

"Sovetski"dən götürülmüş hər bir element nə vaxtsa, kiminsə şəxsi həyatının bir parçası olduğu üçün, onlara çox böyük hörmət göstərilir”.

XS
SM
MD
LG