Keçid linkləri

2026, 13 Avqust, cümə axşamı, Bakı vaxtı 04:56

Mübariz Qurbanlı şəhadətnamə payladı

Mübariz Qurbanlı
Mübariz Qurbanlı

İyulun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni qeydiyyatdan keçmiş 17 dini icmaya şəhadətnamə verilib.

Xəbəri komitənin saytı yayıb.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə tövsiyələr verib. İcmaları daha fəal olmağa, yerlərdə axund və imamlarla, eləcə də QMİ-nin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməyə çağırıb.

Komitə sədri dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan çıxış etmələrini tövsiyə edib.

This item is part of
XS
SM
MD
LG