Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 06:51

6 özəl tibb müəssisəsi bağlanıb


Foto arxiv

Azərbaycanda 6 özəl tibb müəssisəsinin fəaliyyəti dayandırılıb.

Səhiyyə nazirliyinin məlumatına görə, yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində qanun pozuntuları aşkar olunub və bir sıra inzibati-məcburi tədbirlər görülüb.

Bu ilin birinci yarısında aparılmış yoxlamalar nəticəsində 6 özəl tibb müəssisəsinin fəaliyyəti dayandırılıb.

Bunlar VİP Dental” , “Loğman Klinikası”, “İnvitro” , “Starmed” , “Faiq-96” Müəssisəsi və “Nihat Klinikası”-dır

“Zaman Tibb Mərkəzi”, “Assmed” və “Medservis” tibb müəssisələrinin lisenziyasından isə stasionar xidmət çıxarılıb və yalnız yalnız poliklinik xidmət saxlanılıb.

Lisenziyasız və ya lisenziyadan kənar fəaliyyətə görə isə 28 özəl tibb müəssisəsi və tibbi xidmət göstərən fiziki şəxslər isə cərimə olunub.

XS
SM
MD
LG