Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:47

Hərbi qullquçular ehtiyata buraxılır


“Həqiqi hərbi xidmət müddətini başa vurmuş müddətli hərbi qulluqçuların saxlanaraq ehtiyata buraxılmaması haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Trend xəbər verir ki, bunu iyulun 8-də jurnalistlərə açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Novruzəli Orucov deyib.

Novruzəli Orucov bildirib ki, iyulun 1-dən başlayaraq ayrı-ayrı hərbi hissələrdə hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanılıb: "Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin imzaladığı sərəncama əsasən, iyulun 1-dən 30-dək həm hərbi xidmətə çağırış, həm də ehtiyata buraxılma prosesi həyata keçirilir".

N.Orucov onu da deyib ki, gənclərin orduya marağı çox böyükdür: “Orduya çağırışdan yayınma halları demək olar ki, yoxdur. Ölkəmizdə keçirilən ilk Avropa Oyunlarından sonra gənclərimiz Vətənin xidmətində durmaq üçün daha da həvəsləniblər”.

XS
SM
MD
LG