Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:46

Ultra-məhsuldar insanların 11 qızıl qaydası


-

Hər kəsin 24 saatı var, necə olur ki, ultra-məhsuldar insanlar başqalarından daha məhsuldar ola bilirlər?

Sahibkarların internet saytı belə adamların 11 vərdişi haqda yazır:

1. Ultra-məhsuldar adamlar bir işi iki etmirlər

Ultra məhsuldar adamlar düşünürlər ki, e-maillərə cavab verməyi ertələmək - bir məsələyə ikinci dəfə qayıtmaq, başqa sözlə vaxt itkisidir. Onların gözü email-ə sataşdımı, ya cavab verirlər, ya da onu silirlər.

2. Onlar sabahın tədarükünü bu gündən görürlər

Bu üsul onlara kömək edir ki, bu günün işini bitirdiklərinin zövqünü yaşasınlar, sabah üçün də məhsuldar olacaqlarına əmin olsunlar. Bir neçə dəqiqə sərf edib sabah üçün planlaşdırma aparmaq günün yaxşı yekunu, sabahın yaxşı başlanğıcıdır.

3. Səhər ağzını şirin elə

Araşdırma göstərir ki, səhər toqqanın altını şirniyyatla bərkitmək gün ərzində xoş həyəcan hissi gətirir.

4. Tələsən təndirə düşər

Təcili işlər mühüm işləri təxirə salmağa səbəb olur. Onlar işlərini elə planlaşdırırlar ki, atüstü iş görmək məcburiyyətində qalmasınlar.

5. İclaslarda vaxt itirmirlər

San Francisco Universitetinin araşdırmasına görə, “yox” deməyə üzü gəlməyən adamın həyatında stress çox olar.

İclas vaxtın düşmənidir. Ultra-məhsuldar adamlar bilir ki, hər iclasın saqqız kimi uzanmaq potensialı var. Odur ki, özlərinə uyğun vaxtda iclası tərk edirlər.

6. “Yox” deməyə üzləri var

Yer üzündə “yox” sözündən güclü söz yoxdur və ultra-məhsuldar adamlar bu sözü deməkdən qorxmurlar.

San Francisco Universitetinin araşdırmasına görə, “yox” deməyə üzü gəlməyən adamın həyatında stress çox olar.

7. “F5” in üstündə “oturmurlar”

Ultra-məhsuldar adamlar e-maillərini günün müəyyən saatlarında yoxlayırlar, tez-tez yox. Onlar e-mailləri prioritet əhəmiyyətinə görə səliqəyə salırlar.

8. Bir əldə bir qarpız tuturlar

Onlar bilirlər ki, bir vaxtda bir neçə iş görmək məhsuldarlığın düşmənidir.

9. Sosial şəbəkəyə “əlvida” deyirlər

Lazım gələndə sosial şəbəkədən çıxmaqdan qorxmaq lazım deyil. Təcili bir hadisə baş versə, sizi axtarıb tapacaqlar.

10. İşi başqasına da etibar edirlər

Ultra-məhsuldar adamlar başa düşürlər ki, müəssisədə yeganə ağıllı adam onlar deyil - işi başqasına da tapşırırlar.

11. Qoy texnologiya sənə işləsin

Ultra-məhsuldar adamlar texnologiyanın yaratdığı diqqət pozğunluğundan nəinki can qurtarır, hətta texnologiyadan öz xeyirləri üçün istifadə edirlər.

Məsələm, IFTTT kimi proqramlar xüsusi hadisələr baş verəndə (tutaq ki, birjada qiymətlər müəyyən həddi keçəndə) sizə bildiriş göndərir.

Bəs siz məhsuldarlığınızı necə artırırsız? Təcrübənizi bizimlə bölüşün.

XS
SM
MD
LG