Keçid linkləri

Təcili xəbərlər
2023, 22 Mart, çərşənbə, Bakı vaxtı 11:13

Erməni mətbuatı Rusiyaya qarşı aqressivlikdə 5-cidir


.

Rusiyalı analitik Ermənistan KİV-lərində Rusiyaya qarşı aqressiv münasibətin artdığını bildirir.

Rusiya Strateji Təhqiqatlar İnstitutunun eksperti İqor Nikalayçuk “Rusiya dünyada” layihəsi əsasında məlumatları şərh edib.

Bu sənəd iyunun 22-28 arası Dünya mətbuatında Rusiya mövzusunu əhatə edən materialların analizi əsasında hazırlanıb.

Siyahıya görə Ermənistan Rusiyaya qarşı daha çox aqressiv münasibətdə olan 10 ölkə arasında 5-cidir.

Siyahıya Almaniya başçılıq edir.

Müəllif Almaniyanın mövqeinin aydın olduğunu deyir, eyni zamanda Pribaltika ölkələrinin Rusiyaya qarşı aqressiv münasibətini normal sayır.

Ermənistan mətbuatına gəldikdə isə analitik buna ayrıca sahə ayırıb.

Müəllif yazır ki, Rusiyanın təhlükəsizliyə qarant olduğu bu ölkədə bildiyiniz kimi enerji tariflərinin qalxmasına görə,son həftələr hakimiyyətlə cəmiyyət arasında narazılıq, münaqişə yaranıb.

Müaxlifətdə olan Ermənistan mətbuatı son günlər bu məsələ ətrafında Rusiyanı tənqid atəşinə tutur və mətbuatda bu ölkəyə qarşı aqressivlik xeyli artıb.

Müəllif buna misal kimi son həftə ərzində Ermənistan mətbuatında gedən bir sıra başlıqları sadalayır: “Rusiya şirkətlərinin Ermənistana gəlişi uzunmüddətli korrupsiya riskidir”, “Yerevanda mitinq və Rusiya yalanı” (Jamank qəzeti) və s.

Müəllif yazır ki, əlbəttə yazıların sayına görə, bu balaca Qafqaz respublikasını Almaniya və ya İranla müqaisə etmək olmaz, amma aqressivliyin indeksi 12 -dir və bu, həftə ərzində Almaniyadakından təxminən 5 dəfə çoxdur.

Araşdırmaya görə, xarici kütləvi informasiya vasitələrində Rusiyaya qarşı ən neqativ mövzular NATO, Ukrayna və sanksiyalar ətrafında olub.

Rusiya Strateji Araşdırmalar Mərkəzinin təqdim etdiyi araşdırmadan görüntü.
Rusiya Strateji Araşdırmalar Mərkəzinin təqdim etdiyi araşdırmadan görüntü.

XS
SM
MD
LG