Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:19

YAP Leyla Əliyevanın namizədliyini irəli sürür


Leyla Əliyeva
Leyla Əliyeva

.

Yeni Azərbaycan Partiyası 2015-ci il partlament seçkilərinə prezidentin böyük qızı Leyla Əliyevanın namizədliyini irəli sürə bilər.

Bu haqda YAP icra katibinin müavini Siyavuş Novruzov deyib. O, AzadlıqRadiosuna xəbəri ətraflı şərh etməsə də əlavə edib ki, yerli mediaya bu haqda artıq məlumat verib.

Deputat Modern.az saytına deyib ki, YAP-da Leyla Əliyevanın namizəd olması ilə bağlı yekdil fikir var. Onun sözlərinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə xaricdə Azərbaycan haqqında aparılan təbliğat, “Xocalıya ədalət” kampaniyasının həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdə tanınmasında mühüm rol oynayıb:

“Amerikanın 20-dən artıq ştatı Xocalı soyqırımını tanıyıb. Bundan başqa, bütün müsəlman ölkələri Ermənistanın Xocalıda soyqırımı törətdiyini qəbul edib. Bütün bunlar Leyla Əliyevanın xidmətləridir. Belə bir gəncin xaricdə millət vəkili olaraq Azərbaycanı təmsil etməsi çox önəmli məsələdir”.

YAP icra katibinin müavini onu da qeyd edib ki, Leyla Əliyeva hər zaman təmənnasız olaraq kimsəsizlərə, xəstələrə, imkansız adamlara kömək göstərir, xaricdə təhsil alan tələbələrə dəstək verir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG