Keçid linkləri

2026, 04 Aprel, şənbə, Bakı vaxtı 08:54

Prezident yol tikintisinə 8 milyon ayırdı

Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə 2015-ci il dövlət büdcəsindən 8 milyon manat Quba Rayon İcra Hakimiyyətinə ayrılıb.

Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Sözügedən avtomobil yolları 6 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirir.

Maliyyə nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

This item is part of
XS
SM
MD
LG