İraqın paytaxtı Bağdadda oğurlananlar azad olunub. İraq Televiziyası daxili işlər nazirinə istinadən xəbər verir ki, onları təhlükəsizlik qüvvələri xilas ediblər. Noyabrın 14-də silahlı şəxslər Ali Təhsil Nazirliyinə hücum edib, 70-ə qədər adamı əsir götürmüşdülər. Beş polis zabiti bu işdə şübhəli bilinib, saxlanılıb. Əsirlikdə nə qədər adamım qalması, onların təhlükəsizliyi barədə məlumat yoxdur.