Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 20:51

-

Yunanıstanın maliyyə naziri Yanis Varoufakis istefa verib. Bir gün öncə ölkənin borcları ilə bağlı keçirilən referendumda seçicilərin islahatlara “yox” deməsi hökumətin qələbəsi sayılır.

Ancaq bu qələbəyə baxmayaraq, Varoufakis iyulun 6-da yaydığı bəyanatda deyib ki, baş nazir Alexis Tsipras onun istefasının “kreditorlarla razılaşma əldə olunmasına kömək edəcəyini” bildirib.

Nazirin sözlərinə görə, Avroqrupun bəzi üzvləri də onun danışıqlarda olmamasına üstünlük verir.

Varoufakis kəskin mövqeyi ilə fərqlənib, yanvarda hökumət formalaşandan media qarşısına tez-tez çıxıb.

Görünür, onun Yunanıstanın borcu üzrə danışıqlarda iştirakı avrozonanın maliyyə nazirlərini qıcıqlandırıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG