Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:00

Tunisdə fövqəladə vəziyyət 30 gün çəkəcək


Tunisin prezidenti iyulun 4-də ölkəsində fövqəladə vəziyyət elan edib.

Tunisin prezidenti iyulun 4-də ölkəsində fövqəladə vəziyyət elan edib.

Bu Tunisin Susa şəhərində iyunun 26-da baş vermiş terror hadisəsi ilə bağlıdır.

Otelə olan hücum nəticəsində 38 turist öldürülmüşdü. Ölənlərin 30-u İngiltərədən gələnlər olub.

Hadisə yerinə gələn polis ekstremisti güllələyib. Hücumun məsuliyyətini “İslam dövləti” radikal qruplaşması üzərinə götürüb.

Prezident Əl-Baci Kaid es-Sibsi televiziya vasitəsilə müraciətində deyib ki, fövqəladə vəziyyətlə bağlı qərarı parlament spikeri və baş nazirlə məsləhətləşmədən sonra qəbul edib.

Fövqəladə vəziyyət 30 gün davam edəcək. Ölkə başçısı bildirib ki, ölkə terror hücumunun ağır nəticələrini yaşayır, təhlükə hələ də var.

XS
SM
MD
LG