Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 23:54

İyulun 5-i Yunanstanda beynəlxalq maliyyə dəstəyi ilə bağlı referendum keçirilir.

İyulun 5-i Yunanstanda beynəlxalq maliyyə dəstəyi ilə bağlı referendum keçirilir.

Söhbət ölkənin beynəlxalq kreditorlara – Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu və Avropa Mərkəzi Bankına olan borclarından gedir.

Referendum keçirilməsi qərarı Beynəlxalq Valyuta Fonduna borclarla bağlı defolt elan olunandan bir neçə gün əvvəl elan edilib.

Referendum yolu ilə vətəndaşlardan sual edilir ki, ölkə borc böhranından çıxmaq üçün beynəlxalq kreditorların təkliflərini qəbul etməlidir, ya yox.

Təkliflər bir tərəfdən ölkəyə yeni kreditlər verilməsi ilə, digər tərəfdən isə ölkənin iqtisadi siyasəti ilə bağlıdır.

Yunanstanın baş naziri Aleksis Tsipras xalqı referendumda “yox” deməyə çağırıb.

Ölkənin maliyyə naziri Yanis Varufakis kreditorların davranışını “terrorizm”lə müqayisə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG