Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:50

İmişli sakinləri etiraza malqara ilə çıxıblar


İyulun 4-də səhər saatlarında İmişlinin Aranlı kəndində sakinlər etiraz olaraq malqarasını örüşə yox, bələdiyyə idarəsinin qarşısına sürüb.

İyulun 4-də səhər saatlarında İmişlinin Aranlı kəndində sakinlər etiraz olaraq malqarasını örüşə yox, bələdiyyə idarəsinin qarşısına sürüb.

Onların etirazına səbəb əhalinin ümumi istifadəsində olan örüş sahəsinin satılmasıdır.

Sakinlər AzadlıqRadiosuna deyiblər ki, illərdir kəndin malqarası bu örüşlərdə otarılır. Örüş yerlərinin əldən çıxması kənd camaatının dolanışıq yeri olan malqarasını itirməyə gətirib çıxaracaq, - aksiya iştirakçılaır deyib.

Kəndə çoxsaylı polis və İmişli RİH-in əməkdaşları gəlib.

Rayon rəhbərlyinin və yerli bələdiyyənin etiraz aksiyasında qaldırılan tələbə hansı reaksiyanı verdiyi hələ bəlli deyil.

XS
SM
MD
LG