Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 15:04

BMT-nin nüvə rəsmisi Tehranda olub


Hassan Rohani və Yukiya Amano

“İranın nüvə proqramı ilə bağlı danışıqlarda tərəflər arasında yaxşı qarşılıqlı anlaşma var, amma hələ çox iş görülməlidir”

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano İrana səfərindən sonra bəyan edib.

Amano iyulun 2-də Tehranda səfərdə olub. Onu Tehrana İran rəhbərliyi dəvət edib.

İRNA agentliyinin məlumatına görə o İran prezidenti Hassan Rohani ilə problemli məsələlərin həllinin sürətləndirilməsini müzakirə edib.

İran və aparıcı 6 dünya ölkəsi iyunun 30-da Vyanada İranın nüvə proqramı ilə bağlı yekun razılaşma imzalamalı idilər.

Amma tərəflər yekun sazişə qoyulmuş vaxtı iyulun 7-dək uzatmaq razılığına gəldilər.

Tərəflər razılaşmaya çox yaxın olduqlarını deyirlər.

Söhbət İranın nüvə proqramını dondurması və əvəsində ona qarşı beynəlxalq sanksiyaların ləğvindən gedir.

Qərb İranı nüvə silahı üzərində işləməkdə günahlandırır.

Tehran ittihamı rədd edir.


Amano

XS
SM
MD
LG