Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:29

Arif Yunusun işi məhkəməyə göndərilib


Arif Yunus - arxiv fotosu.
Arif Yunus - arxiv fotosu.

Cinayət işinin materialları baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu haqda Arif Yunusun vəkili Əfqan Məmmədov AzadlıqRadiosuna məlumat verib.

Arif Yunus və onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunus ötən ilin yayında həbs olunublar.

Leyla Yunus dövlətə xəyanət və iqtisadi cinayətlərdə ittiham olunur. Arif Yunus isə dövlətə xəyanət və dələduzluqda təqsirli bilinir.

Keçən ay istintaq onların işindəki dövlətə xəyanət maddəsini ayrıca icraata götürüb.

Beynəlxalq hüquq müdafiə təşkilatları Arif və Leyla Yunusların həbsini siyasi sifariş hesab edir, onları vicdan məhbusu sayır.

XS
SM
MD
LG