Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 11:01

Tunisdəki terrorla bağlı 12 şübhəli saxlanıb


Foto arxiv

Tunisin Sousse kurortunda törədilmiş terror aktı ilə bağlı 12 şübhəli saxlanıb.

İyunun 26-da törədilən terror aktında 38 nəfər ölüb ki, onların əksəriyyəti britaniyalı turistlərdir.

Yerli tələbəhotelin ərazisinə girərək turistlərə atəş açmağa başlayıb və az sonra polis tərəfindən öldürülüb.

Parlament əlaqələri üzrə nazir Lazhar Akremi iyulun 1-də jurnalistlərə daha 2 şübhəlinin təqib edildiyini deyib.

Onların qonşu Liviyadakı terror düşərgəsində təlim keçdikləri bildirilir.

Bu hücuma görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.

Bu il martın 21-də isə Tunisin Bardo muzeyində yaraqlıların hücumu nəticəsində 21 adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG