Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 11:18

ABŞ 7 FİFA rəsmisinin verilməsini istəyib


Foto arxiv

ABŞ bu ilin mayında Sürixdə həbs edilmiş 7 FİFA rəsmisinin verilməsi ilə bağlı İsveçrəyə rəsmi sorğu göndərib.

Bu barədə iyulun 2-də İsveçrənin Federal Ədliyyə İdarəsi məlumat yayıb.

İdarənin məlumatına görə, qaydaya əsasən Sürix polisi onların verilməsi ilə bağlı dinləmələrə başlayacaq.

Federal Ədliyyə İdarəsi sorğuya cavab vermək üçün rəsmilər və onların vəkillərinə 14 gün vaxt verəcək. Amma bu müddət daha 14 gün uzadıla bilər.

ABŞ onları rüşvətxorluqda ittiham edir.

Qeyd edək ki, həmin qalmaqaldan sonra keçmiş FİFA prezidenti Sepp Blatter istefa verməli oldu.

XS
SM
MD
LG