Keçid linkləri

2025, 24 May, şənbə, Bakı vaxtı 23:42

Dövlət İnvestisiya Fondunun qiymətli kağızları satışa çıxarılacaq


Nizamnamə kapitalı 90 milyon yeni Azərbaycan manatı olan Dövlət İnvestisiya Fondunun hesabına iri layihələrin maliyyələşdirilməsi mümkün deyil. Bu üzdən yeni ildən bu fondun qiymətli kağızları satışa buraxılacaq. İqtisadi İnkişaf naziri Heydər Babayev çərşənbə axşamı jurnalistlərlə görüşündə belə deyib. Nazir Avropa Yenidənqurma və İnkişaf Bankının Mingəçevir Elektrik Stansiyasının yenidənqurmasına ayıracağı 115 milyon dollarlıq kredit üçün enerji qiymətlərinin artırılması tələbindən də imtina edildiyini deyib. Heydər Babayev deyib ki, Azərbaycan müstəqil dövlətdir və inkişaf etməkdə olan iqtisadiyyata malikdir və bu səbəbdən də heç bir halda iqtisadiyyata mane olacaq tarif artımlarına yol vermək olmaz. Öncədən Avropa Bankı belə tələb irəli sürsə də, sonradan bu istək səsləndirilməyib.


XS
SM
MD
LG