Keçid linkləri

2017, 28 May, bazar, Bakı vaxtı 14:31

-

SİFARİŞDƏN 50 DƏQİQƏ SONRA

Şəhərlərdə pitsa daşıyan motosikllər olduğu kimi, həmin rejimlə işləyərək kitab daşıyan motosikllər də ortaya çıxdı.

Dünən İnternet üzərindən kitab satışının ən böyük bazarı olan "Amazon" şirkəti “Prime Now” (Vacib, bu dəqiqə) xidmətinə başlayıb. Bu xidmətlə sifariş etdiyin kitabı 50 dəqiqəyə qapında görə bilərsən.

Bu günə qədər kitab satışının “Standart: 3-5 günə” və “Birinci dərəcə: 1 günə” xidmətləri var idi.

1 saatdan az vaxta kitab çatdırmaq xidmətinin qiyməti Azərbaycan manatına çevirsək, 11 manat 50 qəpikdir.

Əgər kitabı 1 saata yox, 2 saata almağa razısansa, bu xidmət pulsuzdur. Həftənin yeddi günü, səhər səkkizdən gecə 12-ə qədər sifariş vermək mümkündür.

Yeni sürətli kitab çatdırma xidməti dünəndən Londonda həyata keçirilir, bir həftədən sonra isə New-Yorkun bəzi hissələrini də əhatə edəcək. İlin sonuna qədərsə İngiltərənin və ABŞ-ın başqa şəhərlərinə də tətbiq olunacaq.

“Amazon” şirkəti 50 dəqiqəlik çatdırmalar layihəsinə böyüməkdə olan kitab şəbəkəsində ehtiyac yarandığı üçün başladıqlarını bəyan edib.

Müştərinin istəyindən asılı olaraq, kitabın üstünə qəhvə, batareya, uşaq bezi, idman alətləri kimi əşyalar da qoyulur.

Oxu zalı

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG