Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Dövlət Agentliyi İlhamə Quliyevanı haqsız çıxardı


Brilyant Dadaşova və İlhamə Quliyeva
Brilyant Dadaşova və İlhamə Quliyeva

-

“Mahnıdan istifadə üçün vərəsələrdən icazə almaq lazımdır”

Müəllif Hüquqları Agentliyi müğənnilər İlhamə Quliyeva və Brilyant Dadaşova arasında düşən davaya münasibət bildirib.

“Neyləmişəm” mahnısını oxumağı başqa müğənnilərə yasaqlamaq istəyən İlhamə Quliyevanı haqsız çıxarıb.

Bildirib ki, mahnının hüquq sahibləri şair Teymur Elçin və bəstəkar Fikrət Əmirovun vərəsələridir:

“İndiki halda mahnının şərik müəllifləri və yaxud onların vərəsələri tərəfindən “Neyləmişəm?” mahnısına olan əmlak hüquqlarının digər şəxsə verilməsi barədə müqavilə yoxdursa, qanunun göstərilən müddəasına əsasən bildiririk ki, mahnının hüquq sahibləri Teymur Elçin və Fikrət Əmirovun vərəsələridir. Mahnıdan istifadə üçün onlardan icazə almaq lazımdır”.

Bunları APA-ya Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli deyib.

O qeyd edib ki, sözləri şair Teymur Elçinə, musiqisi isə bəstəkar Fikrət Əmirova məxsus olan “Neyləmişəm?” mahnısı 1974-cü il 27 yanvar tarixində Müəllif Hüquqları Agentliyində uçota alınıb.

Qeyd edək ki, qalmaqal xalq artisti Brilliant Dadaşovanın da “Neyləmişəm?” mahnısını oxumasından sonra yaranıb.

XS
SM
MD
LG