Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:53

Naxçıvanda Miqrasiya İnformasiya Mərkəzi fəaliyyətə başlayıb


Naxçıvan Muxtar Respublikasında (NMR) ilbəil artan miqrasiya prosesi beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Beynəlxalq ekspertlər düşünürlər ki, bölgənin Türkiyə və İranla yaxın sərhəddə yerləşməsi prosesin daha da sürətlənməsinə şərait yaradır. Elə buna görə də, artıq bir neçə ildir NMR-da fəaliyyət göstərən Beynəlxalq Miqrasiya Təşkilatının nəzdində Miqrasiya İnformasiya Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin koordinatoru Könül Babayeva deyir ki, qurumun fəaliyyətini insan alveri ilə mübarizə kimi qiymətləndirmək olar. Mərkəzin təzəcə fəaliyyətə başlamasına baxmayaraq, ona müraciət edənlərin sayı günbəgün artır. Müraciət edənlər əsasən xarici ölkələrə işləməyə gedənlərdir.


Xanım Babayeva onu da bildirir ki, mərkəz əhali arasında müxtəlif sorğular keçirməyi də planlaşdırır.
XS
SM
MD
LG