Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 18:36

Vergilər Nazirliyi arxalı sahibkarları da tutub içəri qoyur


-

Borclu müəssisələrin rəhbərləri nazirliyin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə gətirdilərək burada günlərlə saxlanılır...

Bu ilin mayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitlərin həcmi kəskin şəkildə azalıb.

Ekspertlər bunu özəl biznesin durumunun pisləşməsi və apreldə vergi işçilərinin izafi gərgin əməyinin yan təsiri kimi dəyərləndirirlər.

Nazirliyin aylıq məlumatlarının araşdırılması göstərir ki, yanvar-may aylarında qeyri neft-qaz sektoru üzrə dövlət büdcəsinə 1.9 milyard manat vəsait daxil olub və bunun 356 milyon 841.8 min manatı may ayında toplanıb.

Aprel ayı ilə müqayisədə vergi daxilolmaları 136.4 milyon manat və ya 27.7% aşağı düşüb.

İqtisadçı-ekspert Natiq Cəfərli AzadlıqRadiosuna vergi yığımları ilə bağlı may ayında müşahidə olunan durumu şərh edərkən deyib ki, azalmanın səbəbini birmənalı izah etmək, növbəti ayın nəticələrini gözləmədən qəti fikir söyləmək çətindir.

Natiq Cəfərli
Natiq Cəfərli

O ehtimal edir ki, buna səbəb bağlanan müəssisələr, iş yerlərinin azalması ola bilər.

«Ötən aydan başlayaraq pərakəndə ticarət obyektlərinin bir çoxu fəaliyyətini dayandırıb, bəzi tikintilərin dondurulması müşahidə olunur. Ən əsası, Avropa Oyunları ilə əlaqədar apreldə daha çox vergi yığıblar, mayda isə bu tempi saxlamaq mümkün olmayıb», - deyə ekspert əlavə edib.

HƏTTA «ARXALI» ŞƏXSLƏRƏ BELƏ GÜZƏŞT EDİLMİR

Artıq xeyli vaxtdır ki, ticarət, xidmət və iaşə obyektləri vergi orqanları tərəfindən partnyorluq sazişi bağlamaq adı ilə daha çox vergi öhdəliyi götürməyə məcbur edilirlər.

Sahibkarlar deyirlər ki, Avropa Oyunları öncəsi bu tendensiya daha kəskin xarakter almışdı.

AzadlıqRadiosunda olan məlumata görə, kənd təsərrüfatının emal bölməsində çalışan məşhur şirkətlər qrupunun müəssisələrinin direktorları iyunun əvvəllərində bir müddət saxlandıqdan sonra borclar qismən bağlandığı üçün evlərinə buraxılıblar.

Yüksək vergi öhdəliyi götürmədən imtina edən sahibkarlar fəaliyyətlərini dayandırmağa məcbur olacaqlarını bildirir, vergi məmurları isə qarşılığında yüngül güzəştlə cavab verirdilər.

Artıq xeyli vaxtdır ki, Vergilər Nazirliyi əvvəlki illər üçün yaranmış vergi borclarının məcburi şəkildə yığılması üçün sərt addımlar atır.

Belə ki, borclu müəssisələrin rəhbərləri nazirliyin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə gətirdilərək burada günlərlə saxlanılır. Hətta «arxalı» şəxslərin müəssisələrinə belə güzəşt edilmir.

Məsələn, AzadlıqRadiosunda olan məlumata görə, kənd təsərrüfatının emal bölməsində çalışan məşhur şirkətlər qrupunun müəssisələrinin direktorları iyunun əvvəllərində bir müddət saxlandıqdan sonra borclar qismən bağlandığı üçün evlərinə buraxılıblar.

Vergilər Nazirliyinin məlumatlarına görə, yanvarda qeyri neft-qaz sektorundan 344 milyon 705.6 min, fevralda - 321 milyon 930.3 min, martda - 389 milyon 106.1 min manat vergi yığılıb. Buraya maliyyə sanksiyaları və cərimələr də daxildir.

Ümumən beş ay ərzində qeyri neft-qaz sektorundan yığımlar (dövlət rüsumu daxil olmaqla) əvvəlki ilin eyni dövrünə nəzərən 11 faiz artıb. Vergi daxilolmalarında bu sektorun xüsusi çəkisi artaraq 66.9 faiz təşkil edib.

XS
SM
MD
LG