Keçid linkləri

Təcili xəbərlər
2020, 06 Dekabr, bazar, Bakı vaxtı 06:02

İslam Dövləti qrupu 2 qadının başını kəsib


Foto arxiv

İslam Dövləti yaraqlıları ilk dəfə olaraq Suriyada 2 qadının başını kəsib.

Londonda fəaliyyət göstərən Suriya insan haqları mərkəzinin məlumatına görə, qadınlar və onların ərləri cadugərlik və sehrbazlıqla məşğul imişlər.

İnsan haqları mərkəzi onların iyunun 28-29-da Deir al Zor əyalətində edam olunduqlarını bildirir.

Hər iki halda edamı qadınların ərləri icra edib.

Hazırda Suriya və İraqın bir çox əraziləri İslam Dövləti yaraqlılarını nəzarətindədir.

XS
SM
MD
LG