Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 01:01

Azərbaycan futzal üzrə UEFA Kubokunun 2015/16 mövsümündə təmsil olunmayacaq.

Azerisport.az saytının məlumatına görə, ölkə çempionu "Xəzər adaları" bu turnirdə iştirakdan imtina etdiyinə görə, Azərbaycan Futzal Federasiyası ikinci yeri tutan "Fənər" komandasına müraciət edib, amma bu klub da yarışa qatılmaqdan imtina edib.

Sonda UEFA-ya 3-cü yeri tutan "Araz" komandasının adı göndərilib.

Buna isə UEFA razılıq verməyib.

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov məlumatı təsdiqləyib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG