Cənab Qənizadə sabiq prezident Heydər Əliyevin də vaxtilə mətbuatın problemlərini həll etməyə çalışdığını deyir: «Qəzetlərin nəşriyyata borcu yaranmışdı, Heydər Əliyev onlara müddət verdi. İlham Əliyev də bu cür addımlar ata bilər. Bu cür çətinliklər bəzən perzidentin işə qarşıması nəticəsində həll olunur».
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Azadlıq» qəzetinin Xaqani küçəsi -33 ünvanındakı binadan çıxarılmasını istəyir. Komitə bunu icarə haqqının ödənməməsi ilə bağlasa da, qarşı tərəf məsələni azad sözə təzyiq kimi qiymətləndirir. Bu üzdən də qəzetçilər noyabrın 9-dan aclığa başlayıblar.
Bu arada hüquq müdafiəçiləri Rəna və Murad Sadəddinovlar da noyabrın 15-dən etibarən aclıq aksiyasına qoşulmaq niyyətində olduqlarını bəyan ediblər. Onlar bunu aksiyaya beynəlxalq və yerli ictimaiyyətin diqqətini cəlb etmək üçün əl atdıqlarını bildiriblər.