Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:44

Tikinti şirkətinin rəhbəri axtarılır


Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycanda tikinti şirkətinin rəhbəri barəsində axtarış elan edilib.

Məlumatı Bakı şəhər Baş Polis İdarəsi yayıb.

Məlumata görə, «Birlik-İnşaat» MMC və «Hayan-E» MMC-nin rəhbəri Elman Tağıyev Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirləndirilir.

Onun 210 mənzili 543 nəfərə təkrar sataraq, ümumilikdə vətəndaşlara 10 milyon manatdan çox ziyan vurduğu deyilir.

E.Tağıyev və onun ətrafında olan şəxslərin qanunsuz hərəkətləri ilə bağlı başlanmış cinayət işinə 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Lakin E.Tağıyev ölkədən qaçdığı üçün məhkəmənin onunla bağlı çıxardığı qərar icra olunmayıb.

XS
SM
MD
LG