Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:25

İran hökuməti «Google» şirkətinə hədə-qorxu gəlib


«Google» şirkətinin sərbəst imkanlarına görə hamı bu axtarış sisteminə istənilən video filmini yükləyə bilər
«Google» şirkətinin sərbəst imkanlarına görə hamı bu axtarış sisteminə istənilən video filmini yükləyə bilər

«Google» internet axtarış sisteminin videolara həsr edilən ingilis dilli səhifəsində «Azerbaijan» sözünü axtaranda İranın turizm nazirliyinin Təbriz haqqında hazırladığı videoya verilən təqdimat İranın rəsmi nümayəndələrinin böyük etirazına səbəb olub.


İranın xarici işlər nazirliyinin təmsilçisi, Məhəmmədəli Hüseyni noyabrın 12-də keçirdiyi mətbuat konfransında deyib ki, Təbrizi Azərbaycan Respublikasının bir hissəsi kimi təqdim etməklə «Google» şirkəti İranın etnik qrupları arasında ixtilaf yaratmaq niyyətindədir və bu səhvini düzəltməzsə məhkəməyə veriləcək.


Fars dilində təqdim edilən «Təbriz» klipi «Google»ın Azərbaycan videoları sırasında getsə də burada Təbriz şəhərinin Azərbaycan Respublikasına aid olduğu iddia edilməyib. Ancaq klipin kənarında ingilis dilində bu sözlər yazılıb: «Bu video hazırda İran ərazisində yerləşən Cənubi Azərbaycanın Təbriz şəhərinə aiddir».


Əslində prezident Xatəmi dövründə İranın Turizm Nazirliyi tərəfindən hazırlanan bu video klipdə Təbrizin tarixi abidələri qarşısında ifa edilən milli Azərbaycan rəqsləri lentə yazılıb və Azərbaycan dilində «Sən canımsan, vətənimsən Azərbaycanım» sözlərini xorla təkrar edən bir mahnı da təqdim edilib.


Qeyd edək ki, «Google» şirkətinin sərbəst imkanlarına görə hamı bu axtarış sisteminə istənilən video filmini yükləyə bilər. Bu məsələyə göz yuman İranın rəsmi şəxsləri bunu Amerika və Azərbaycan Respublikasının təşəbbüsü kimi qiymətləndirib.


«Təbriz» klipinin Azərbaycan adı altında təqdim edilməsini «Yaxın Şərqə yeni xəritə planlaşdıran qərb ölkələrinin kələyi» adlandıran Təbrizin İran məclisindəki millət vəkili Hüccət-ül-isalm Seyid Məhəmmədrza Mirtacəddini deyib: «Hazırda Azərbaycan adlanan Qafqaz ərazisi lap qədimdən İran torpağı olub. Beynəlxalq ictimaiyyətdə torpaq iddiasına gəldikdə, İran İslam Respublikası belə bir iddia irəli sürməlidir». Noyabrın 11-də İran parlamentində çıxış edən millət vəkili daha sonra Azərbaycan Respublikası hökumətinə xəbərdarlıq edib ki, bu kimi fəaliyyətlər onun öz zərərinə işləyəcək. İran parlamentindəki Ərdəbil nümayəndəsi Vəli Azərvəş də noyabrın 11-də etdiyi çıxışında Azərbaycan Respublikasının İranın tarixi ərazisi olduğunu iddia edib.


Son bir neçə gün ərzində «Google» məsələsi ilə əlaqədar İran mətbuatında buna bənzər onlarla müsahibə, məqalə, bəyanat dərc və qəzet başlıqları bu məsələyə həsr edilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG