Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 04:50

Hollandiyada niqablı qadını avtobusa minməyə qoymayıblar


Arxiv fotosu

-

Hollandiyada hökumətinin qəbul etdiyi burqa və niqab qadağası qüvvəyə minməsə də icra olunmağa başlayıb.

Oosterhout qəsəbəsində niqab taxan müsəlman qadının bələdiyyənin avtobusuna minməsinə icazə verilməyib.

Hadiye Ummu Rukiye adlı qadın buna görə şikayət edib.

Burqa və niqab qadağası təklifi ilə Liberal Sağ Partiya ilə Fəhlə Partiyası çıxış etmişdi. Hökumət qadağanı keçən ay qəbul edib. Ancaq Senat hələ qanunu qəbul etməyib. Buna baxmayaraq qadağa tətbiq olunmağa başlayıb.

Qanun qəbul olunandan sonra Hollandiyada burqa və niqab kimi üzü gizlədən geyimlər qadağan olunacaq. Belə geyimlərdə olanlara nəqliyyata minməyə, dövlət binalarına, məhkəmə salonlarına daxil olmağa icazə verilməyəcək. Qanuna tabe olmayanlar 405 avro məbləğində cərimə olunacaq.

Hollandiyanın Daxili İşlər Nazirliyi qadağanın təhlükəsizliklə bağlı olduğunu bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG