Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 11:55

80 məscid bağlanacaq


Çimərlikdə olan insanlar güllələnib.
Çimərlikdə olan insanlar güllələnib.

-

Tunis hökuməti iyunun 27-də elan edib ki, ölkədə dövlətin nəzarəti altında olmayan təxminən 80 məscid bağlanacaq.

Baş nazir Habib Assid bu məscidləri zorakılığa fitva verməkdə ittiham edib.

İyunun 26-da Tunisdə «Imperial Marhaba» hotelinə hücum zamanı 39 adam öldürülüb, onların əksəriyyəti Avropadan olub. Onlarla insan yaralanıb. Yaraqlı çimərlikdə olan insanlara nizamsız şəkildə atəş açıb. Hücumçu polis tərəfindən öldürülüb.

Olanlara görə məsuliyyəti «İslam dövləti» üzərinə götürüb.

Bu ilin martında Tunisin paytaxtı Bardo muzeyinə hücum zamanı 22 nəfər ölmüşdü. O zaman da qətlə yetirilənlərin çoxu əcnəbiləri idi.

XS
SM
MD
LG