Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Vatikan Fələstinlə müqavilə bağladı, İsrail qəzəbləndi


Vatikan
Vatikan

-

Vatikan iyunun 26-da Fələstin dövləti ilə özünün ilk müqaviləsini imzalayıb.

Vatikan 2012-ci ildən Fələstini de-fakto olaraq tanımışdı.

İsrail bu razılaşmanı «tələsik addım» kimi qiymətləndirib və sülh danışıqlarının inkişaf perspektivinə təhlükə hesab edir. İsrail bunun Vatikanla diplomatik münasibətlərə də təsirsiz ötüşməyəcəyini qeyd edir.

Fələstin muxtariyyətinin nəzarətində olan ərazilərdə Katolik Kilsəsinin fəaliyyəti haqda müqavilə həm də Papa Francis-in rəhbərliyi altında Vatikanın xarici siyasətinin daha fəal rolundan xəbər verir. Keçən il o, Birləşmiş Ştatlar və Kuba ilə tarixi əlaqələrin bərpasında vasitəçi olmuşdu.

İmzalama mərasimində Vatikanın xarici işlər naziri arxiyepiskop Paul Gallagher deyib ki, o, bu sazişin uzun tarixə malik İsrail-Fələstin münaqişəsinə son qoyulması yönündə stimul ola biləcəyinə ümid edir. O, tərəfləri öz aralarında birbaşa sülh danışıqlarına dəvət edib.

«Bu, əlbəttə cəsarətli qərar tələb edir, amma bu həm də regionda sabitliyə və sülhə böyük töhfə olardı», - o deyib.

Fələstinin xarici işlər naziri Riad Al-Maliki-nin söylədiyinə görə, o ümid edir ki, bu, Fələstin xalqının öz müqəddəratını təyin etmə, öz müstəqil dövlətində azadlıq və ləyaqət haqqının tanınmasına yardımçı olacaq.

Fələstinlilər ABŞ-ın Fələstinin müstəqilliyini tanımamasına etiraz edirlər - 2011
Fələstinlilər ABŞ-ın Fələstinin müstəqilliyini tanımamasına etiraz edirlər - 2011

ABŞ VATİKANLA RAZI DEYİL

Vatikan Yaxın Şərqdə böyük diplomatik rola malik olmaqda xüsusilə maraqlıdır. Münaqişələr üzündən xaçpərəstlər burdan - Suriya, İraq və başqa ölkələrdən qaçırlar. İsraildə və Fələstin ərazilərində əksəriyyəti fələstinli olmaqla, 100 minədək roma, yunan-melkit ayinli katolik var.

Paul Gallagher deyir ki , bu razılaşma din və vicdan azadlıqları sahəsində başqa ərəb-müsəlman ölkələri üçün model ola bilər.

2012-ci ildə BMT Baş Assambleyası Fələstinin müşahidə altında olan, qeyri-üzv ölkə kimi tanınması haqqında qətnamə qəbul edib. Bu, Vatikan tərəfdən razılıqla qarşılanıb. Vatikanın özü də BMT-də həmin statusdadır və BMT-nin üzvü deyil.

Vatikan Fələstin dövlətini də elə o vaxt tanıdı. Papa isə Müqəddəs Torpağa səfər edəndə, bu dövləti adla çağırdı.

BMT-nin 135 ölkəsi Fələstini tanıyıb. Bu, ümumi sayın 70 faizidir. Müqayisə üçün, BMT-nin 193 üzvündən 160-ı İsraili dövlət kimi tanıyıb.

Keçən ilin oktyabrında İsveç birinci böyük Avropa ölkəsi olaraq Fələstini tanıdı. Bu isə İsrailin ittihamlarına və onlar arasında gərginliyə səbəb oldu.

Avropa Birliyi ümumilikdə Fələstini dövlət kimi tanımayıb. Onlar da ABŞ kimi eyni izahatı verirlər - Fələstin birtərəfli tanınma yolu ilə yox, İsraillə danışıqların nəticəsində müstəqil ölkə ola bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG