Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 05:50

Ultimatuma referendumla cavab verdilər


Alexis Tsipras
Alexis Tsipras

-

İyunun 26-dan 27-nə keçən gecə Yunanıstanın baş naziri Alexis Tsipras xalqa televiziya müraciətində iyulun 5-də referendum keçiriləcəyini elan edib. Bu zaman vətəndaşlar bir suala cavab verəcəklər: «Yunanıstan ölkəyə daha sonra da maliyyə yardımı göstərmək istəyən beynəlxalq kreditorların şərtlərini qəbul etməlidirmi?».

A.Tsipras özü kreditorların təklifini «ultimatum» adlandırıb. Onlar Yunanıstandan vergilərin artırılmasını, maaş və təqaüdlərin azaldılmasını tələb edirlər. Baş nazirə görə, bu tələblər «millətin təhqir edilməsinə» bərabərdir.

Baş nazir Brüsseldə kreditorlarla aparılan danışıqlardan bir neçə saat sonra xalqa müraciət edib. Bu danışıqlarda kreditorlar Yunanıstana maliyyə verilməsini daha beş ay uzatmaq müqabilində islahatlar aparılmasını istəyiblər. Hərçənd Afina üçün bu gün başlıca dəfedilməz problem dövlət sektorunda çalışanların və xüsusi təqaüdlərin azaldılmasıdır.

Almaniya kansleri Angela Merkel kreditorların son təklifini «olduqca səxavətli» adlandırıb.

Afinaya maliyyə yardımıyla bağlı qüvvədə olan razılaşma iyunun 30-da başa çatır. Bu razılaşma uzadılmasa, Yunanıstan son kredit tranşını ala bilməyəcək və yaxın həftələrdə defolt elan etməyə məcbur qalacaq.

XS
SM
MD
LG