-
«Dostluq» parkının ərazisində qanunsuz torpaq alqı-satqısı həyata keçirməkdə şübhəli bilinən daha iki nəfər saxlanılıb.
Məlumatı ANS yayıb.
Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Famil Quliyev və Səbail rayonu Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub. Hər iki şəxs barəsində cinayət işi başlanıb.
Bundan öncə, iyunun 15-də 1972-ci il təvəllüdlü Tərlan Hüseynov da tutularaq istintaqa cəlb edilib. O, külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunur.
Prezident İlham Əliyev mayın 20-də keçirdiyi iclasda Bakıda, «Dostluq» parkının ərazisində qanunsuz tikilən villalardan söz açaraq onların sökülməsini tapşırmışdı.