Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 02:52

İlham Əliyev:"Heç kim bizə diktə edə bilmir"


İlham Əliyev

“Ən böyük problemimiz bu gün torpaqlarımızın işğal altında olmasıdır. Beynəlxalq normalar kobud şəkildə pozulur, dünya ictimaiyyəti buna biganə yanaşır və 20 il ötməsinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir”.

Bunu iyunun 25-də Hərbi Dəniz Qüvvələri bazasının açılışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

İlham Əliyev bildirib ki, bu Azərbaycana qarşı böyük ədalətsizlikdir və əminəm ki, Azərbaycan xalqı öz tarixi torpaqlarını geri qaytaracaq.

Prezident qeyd edib ki, bu gün heç bir kənar qüvvə Azərbaycana diktə edə bilmir və Azərbaycan öz yolu ilə gedir.

“Əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir, əminəm ki, güclənən Azərbaycan buna da nail olacaq, Azərbaycan bayrağı Şuşa və Xankəndində qaldırılacaq.

XS
SM
MD
LG