Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 07:17

Ermənistanda etirazların 3 günü bitdi


Ötən gecə Yerevanda

Ermənistanda fəallar elektrikin bahalanmasına etirazın üçüncü günü Yerevanın mərkəzində prospekti bağlasa da, təhlükəsizlik qüvvələri zorakılıqdan çəkinib

-

Ermənistanda fəallar elektrikin bahalanmasına etirazın üçüncü günü Yerevanın mərkəzində prospekti bağlasa da, təhlükəsizlik qüvvələri zorakılıqdan çəkinib. Axşama doğru etirazçıların sayı 10 minə çatıb. Daha öncəki gecəni və dünən bütün günü yüzlərlə gənc fəal Bagramian prospektində keçiriblər. Polis isə onların prezident sarayına doğru irəliləməsinin qarşısını kəsib.

Etirazçılar da polislə qarşıdurmadan çəkinib. İyunun 22-də aksiya zorakılıqla dağıdılmışdı.

Ondan çox deputat, aktyor, şou-biznes nümayəndəsi etirazçılarla polis arasında canlı qalxan yaradıb.

Etirazçılar elektrikin bahalanması qərarının ləğvini tələb edirlər. Prezident Serj Sarkisian onlarla görüş təklif etsə, qəbul olunmayıb.

Sarkisian hələlik itaətsizlik barədə ictimai şəkildə danışmayıb. Ermənistanda siyasi sabitlik sarıdan narahatlıq yaranıb. Ermənistan iqtisadi problemlər içindədir.

XS
SM
MD
LG