Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:10

«Dəmir Yolları» gücləndirilmiş rejimə keçdi


Qatar
Qatar

-

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti yay mövsümü ilə bağlı gücləndirilmiş iş rejiminə keçib.

Qurumun məlumatına görə, rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir. İstidən öz-özünə alovlanmanın qarşısını almaq üçün yollar otlardan təmizlənir.

Reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının soyuducu sistemi yoxlanılır, beynəlxalq və «Ekspress» tipli qatarlarda sərnişinlərə sərinləşdirici içkilər təklif olunur.

Vağzallardakı gözləmə zallarında kondisionerlərin normal işləməsinə nəzarət olunur.

XS
SM
MD
LG