-
Yerevanda işıq pulunun qaldırılmasına etiraz olaraq keçirilən aksiya davam edir.
Təxminən 10 min nəfər Facebookda aksiyaya qoşulacağını bildirib.
Son məlumata görə, keçmiş və indiki deputatlar, artistlər, şou-biznes nümayəndələri və ziyalılar polislə aksiyaçılar arasında canlı sədd çəkiblər.
Müxalifətdə olan deputat Nikol Pashinyan bundan əvvəl özünün Facebook səhifəzində belə bir təşəbbüs irəli sürmüşdü.
CANLI YAYIM
“Azad demokratlar” partiyasının sədri Khachatur Kokobelyan jurnalitlərə bildirib ki, məqsəd nümayişçilərin taktikasına mane olmaq yox , zorakılığa yol verməməkdir.
Onlar gün ərzində baş nazir və parlamentin sədrindən cavab gözləyirlər.
Prezident Serj Sarkisian deyib ki, elektrik enerjisinin qiymətlərinə yenidən baxıla bilər.
Gecə saatlarında hadisə yerinə əlavə dubinkalı və dəmir şitli qüvvələr yeridilib.
“İQTİSADİ BÖHRANDAN SONRA SİYASİ BÖHRAN GƏLİR”
Etirazçılardan biri Yegin Nersisian deyir:
“Etirazlar əlbəttə ki, davam edəcək. Bizi döyməklə etirazların qarşısını ala bilməyəcəklər. Öz “sevimli” polislərimiz tərəfindən döyülməyimiz birinci dəfə deyil. Amma bu dəfə polislər daha sərt olublar”.
Belarusun insan haqları müdafiəçisi Ales Byalyatski deyir ki, hər bir iqtisadi böhran arxasınca siyasi böhran gətirir:
"Ermənistanda minlərlə insan təkcə elektrik enerjisinin bahalaşmasına görə yox, həm də cəmiyyətdəki ümumi gərginlik və hakimiyyətin siyasi idarəetməsinə etiraz edirlər”.
HADİSƏNİN ŞƏFFAF ARAŞDIRILMASI İSTƏNİLİR…
Hadisəni işıqlandıran bir sıra jurnalistlər saxlanılıb və ya döyülüb, bir çoxunun isə avadanlığı sındırılıb, çəkdikləri kadrları əllərindən alınıb.
AzadlıqRadiosunun baş redaktoru Nenad Pejic AzadıqRadiosunun erməni xidmətinin jurnalistlərinə və digər mətbuat orqanlarının əməkdaşlarına güc tətbiq olunmasına etirazını bildirib.
Ermənistandakı ABŞ səfirliyi də polis zorakılığını pisləyib, hadisənin tam və şəffaf şəkildə araşdırılmasına ehtiyac olduğunu deyib.
ATƏT, Avropa Birliyinin Yerevan nümayəndəlikləri də bənzər bəyanatlar verib, hakimiyyətlə ictimaiyyət arasında dialoqun vacibliyini vurğulayıb. Kremlin sözçüsü Dmitriy Peskov deyib ki, baş verənləri diqqətlə izləyir:
“Ermənistan bizim ən yaxın tərəfdaşımızdır. Ümid edirik ki, qanunun tələblərinə ciddi əməl olunacaq və vəziyyət düzələcək”.
Ermənistan Milli Konqres Partiyası polisin davranışına etiraz edərək parlamentin sessiyasının baykot edib.