Keçid linkləri

2026, 10 İyun, çərşənbə, Bakı vaxtı 13:58

PA rəsmisi Emin Hüseynovdan yazdı

Novruz Məmmədov
Novruz Məmmədov

-

«Gördünüz. CNN-in Amanpour-u necə «ədalətli və dahi» jurnalistdir? Son illərdə Azərbaycanla bağlı ən böyük hadisəni dünya ictimaiyyətinə təqdim etmək şansı qazandı. Nəhayət, həsrətlə gözlədiyi Emin Hüseynov adlı birisini tapıb onunla söhbətə düz 10 dəqiqə həsr etdi».

Bunu Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter səhifəsində yazıb.

«CNN üçün son illərdə Azərbaycanda baş verən ən böyük hadisə bu olub. İndi başlayacaqlar, Emin Hüseynovu qəhrəman etməyə. Amanpour-a isə Nobel mükafatı düşür» - N.Məmmədov qeyd edib.

This item is part of
XS
SM
MD
LG