«Mançester Yunayted»in və İngiltərə yığmasının hücumçusu Ueyn Runi oktyabrın 15-də Mançesterdəki gecə klubunun yanında baş verən dava-dalaşa görə polisə cavab verməli olacaq. Xatırladaq ki, həmin gün 21 yaşlı futbolçu gecə klubundan çıxarkən onu çəkmək istəyən fotoqrafı döyüb. Fotoqraf isə öz növbəsində polisə müraciət edib.