Tarixində ikinci dəfə dünya çempionatına qatılan Azərbaycan voleybol yığmasının baş məşqçisi Faiq Qarayev turnirin rəsmi saytına açıqlamada komandasının çıxışına münasibət bildirib: «Ümumilikdə turnirdə göstərdiyimiz nəticədən narazıyam. Turnir cədvəlinin daha yuxarı pillələrində qərarlaşa bilərdik. Ancaq çoxlu səhvlər və bəxtsizlik bizə mane oldu».
Azərbaycan yığması dünya çempionatına qatılan 24 komanda arasında 13-cü yeri tutub.