Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Leyla və Arif Yunusların işindən dövlətə xəyanət maddəsini ayırdılar


Leyla və Arif Yunuslar
Leyla və Arif Yunuslar

-

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun istintaq işində dövlətə xəyanət maddəsi ayrıca icraata götürülüb.

Bu haqda AzadlıqRadiosuna Leyla Yunusun vəkili Elçin Qəmbərov məlumat verib.

Onun sözlərinə görə, digər maddələr üzrə Leyla Yunusun istintaqı yekunlaşmaq üzrədir və yaxın vaxtlarda məhkəməyə göndərilməsi gözlənilir:

“Məhkəmədə yalnız iqtisadi maddələrə baxılacaq. Vətənə xəyanət maddəsi bu işdən kənarlaşdırılıb. Bu maddə üzrə istintaq dayandırıla da bilər, ayrıca davam etdirilə də bilər. Bu qərarı artıq istintaq orqanları verəcək”.

Leyla və Arif Yunuslar ötən ilin yayında həbs olunublar. Leyla Yunus dövlətə xəyanət və iqtisadi cinayətlərdə ittiham olunur. Onun həyat yoldaşı Arif Yunus isə dövlətə xəyanət və dələduzluqda təqsirli bilinir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG