Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:27

Bakıda gecə klubuna əcnəbiləri buraxdılar, yerlilər qaldı


İçəri buraxılmadıqlarından narazıdırlar.
İçəri buraxılmadıqlarından narazıdırlar.

-

Ətraf gənclərlə qaynayır. Hər kəs Bayraq meydanı yaxınlığında yeni istifadəyə verilmiş, Bakının ən böyük gecə klubu kimi tanınan «Elektra hall»a girmək istəyir.

Təbii ki, qıraqdan «gəl-gəl» deyən məkanın içində baş verənləri öz gözünlə görmənin, bürkülüyay axşamında kondisionerli gecə həyatının dadını çıxarmanın ayrı ləzzəti var...

«XANIMSIZ GİRİŞƏ İCAZƏ YOXDUR!»

Sosial şəbəkələrdə 10 gün öncədən yayılan dəvət məktublarında içəri girməyə hər hansı qadağa və ya şərt qoyulmayıb. Sadəcə, səliqəli geyimdə gəlmək tələb olunur. Giriş pulsuzdur, dəvətnamə lazım deyil. Qapı hamının üzünə açıqdır. Spirtsiz içkilər də pulsuzdur.

«Elektra hall»
«Elektra hall»

Belə bir dəvətdən sonra kim qıraqda qalmaq istər? Ancaq nədənsə klubun önünə toplaşan onlarla gənc mısmırıq sallayıb. Maraqlandıqda məlum olur ki, içəri buraxılmadıqlarından narazıdırlar.

Səbəb nədir? Onlar dəvətdəki hansı şərti pozublar? Klubun qarşısında baş verənləri müşahidə edərkən, «Elektra hall»ın öz qapılarını yalnız əcnəbilərə açdığı diqqət çəkir. Və bir də... BEGOC-da (Baku2015) qeydiyyatı olanlara... Onlar sənədlərini ötəri göstərməklə çox rahatca içəri keçirlər - heç bir axtarış və sorğu- sual olmadan.

«Xanımsız girişə icazə yoxdur!».
«Xanımsız girişə icazə yoxdur!».

Yerlilərdən və kartı olmayanlardan bəzilərini heç bir səbəb göstərmədən qapıdan qaytarır, dirəniş göstərmək istəyənlərə müxtəlif bəhanələr gətirirlər. Ən çox da onu deyirlər ki, «xanımsız girişə icazə yoxdur!».

«QAYDALAR 10 DƏQİQƏ ƏVVƏL DƏYİŞİB»

Bu sözləri eşidincə, 10 gün öncədən yaradılmış «event»i, orda içəri giriş üçün gərəkənlərin qeyd olunduğunu göstərirlər - geyim tərzindən tutmuş, ödənişsiz daxilolmayadək. «Dediyiniz qaydalar niyə dəvətdə qeyd olunmayıb?» - deyə soruşanlar bu cavabı alır: «Qaydalar 10 dəqiqə əvvəl dəyişib».

Gecənin təşkilatçısı Murad Dadaşov.
Gecənin təşkilatçısı Murad Dadaşov.

Dəvəti oxuyub buraya gələn, amma indi qapıda – Azərbaycan bayrağının altındaca durub əcnəbilərin gözlərinin içinə baxa-baxa qalan yerlilər özünü alçalmış və təhqir edilmiş sayırlar. Hər halda, özləri belə söyləyirlər. Amma dirəniş də mənasızdır. Gecənin təşkilatçısı olan şoumen, keçmiş «KVN»çi Murad Dadaşovun rəhbərlik etdiyi «M Group» əməkdaşları qərarlarından dönməz görünürlər.

Onlar AzadlıqRadiosunun suallarını da cavabsız buraxırlar...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG