Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:44

Taylor Swift «Apple»ı əliaçıqlığa öyrətdi


Taylor Swift
Taylor Swift

-

Məşhur Amerika sənətçisi Taylor Swift sonuncu «1989» albomunun yeni yaradılan «Apple Music» xidmətində yer almayacağını deyib.

Müğənni bunun səbəbini öz bloq yazısında açıqlayıb.

«SİZDƏN PULSUZ «IPHONE» İSTƏMİRİK...»

O, bildirir ki, 3 ay müddətinə «Apple Music» istifadəçilərə pulsuz olacaq. Buna görə də şirkət müğənnilərə, bəstəkarlara, prodüserlərə, yazarlara haqlarını ödəməyəcək. O, «SwiftApple» kimi tarixi və böyük şirkətin bu addımını anlamadığını deyir.

Müğənni yazır ki, xidmət 3 ay pulsuz olsa da, şirkət mahnılarda əməyi olanlara pul ödəyə bilər. Taylor Swift deyir ki, bu açıqlamanı özü üçün etmir. Çünki bu onun beşinci albomudur, özünü təmin edə bilər. Ancaq yeni başlayan müğənnilər, bəstəkarlar, yazarlar var ki, onların inkişaf üçün bu pula həqiqətən ehtiyacları var.

Müğənni «Biz sizdən pulsuz «iPhone» istəmirik, siz də havayı mahnı tələb etməyin» -deyir.

«APPLE»DAN AÇIQLAMA

Bu yazıdan sonra şirkətin internet proqramları və xidmətləri üzrə vitse-prezidenti Eddy Cue müğənniyə Twitter-dən cavab verib: ««Apple» həmişə sənətçilərin pulunu aldıqlarından əmin olacaq. 3 aylıq sınaq müddətində də onlara haqları ödəniləcək. Biz səni eşitdik, Taylor Swift».

«Apple Music» 30 iyunda istifadəyə veriləcək. Xidmətdən 3 ay pulsuz istifadə ediləcək.

XS
SM
MD
LG